“Barsa”nın ulduzunun maliyyə və ailə problemləri var – Ona görə də…
Braziliya millisinin keçmiş futbolçusu Vampeta “Barselona”nın yarımmüdafiəçisi Rafinyanın ciddi maliyyə və ailə problemləri səbəbindən Səudiyyə Ərəbistanına köçmək istədiyini bildirib.
Aut.az xəbər verir ki, 2002-ci il dünya çempionu Rafinyay yaxın şəxslərdən alınan məlumata istinadən “Red Cast” podkastında bildirib:
“Rafinya ciddi ailə və maliyyə problemləri ilə üzləşib. Vəziyyəti dəyişdirmək üçün “Əl-Hilal”a keçməyi planlaşdırır”.
29 yaşlı kataloniyalı oyunçuya yaxın bir şəxs Vampetanın sözlərinə reaksiya verib: “Dostum, bu yalanı izah etməli olacaqsan”.
Aut.az
