İspaniya

UEFA “Barsa”nın taleyini bu tarixdə həll edəcək

UEFA “Barselona”nın təşkilatın maliyyə qaydalarını pozması ilə bağlı işinə baxılması üçün son tarixi təyin edib.

Aut.az xəbər verir ki, məhkəmə iclası fevralda keçiriləcək. Bu barədə “Marca” məlumat yayıb.

Cümə günü “Die Welt” nəşri Kataloniya klubunun maliyyə feyr-pleyinə əməl etmədiyi üçün Çempionlar Liqasından kənarlaşdırıla biləcəyini yazıb. Eyni zamanda, hesabatlarda “Barselona”nın gəlirlərinin artırılması ilə bağlı bir futbol klubu üçün qeyri-adi olan şübhəli əməliyyatların olması qeyd edilib.

Aut.az