İspaniya

“Barsa” Messidən sonra yaranan “kabus”dan qurtuldu

Dünən, sentyabrın 16-da  “Barselona” La Liqanın 5-ci turunda evdə “Betis”i 5:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, qarşılaşmanın 62-ci dəqiqəsində kataloniyalıların 3-cü qolunu Ferran Torres vurub.

23 yaşlı ispaniyalı hücumçu birbaşa cərimə zərbəsi ilə fərqlənib. Beləliklə, o, Lionel Messidən sonra birbaşa cərimə zərbəsindən qol vuran ilk “Barselona” oyunçusu olub.

Xatırladaq ki, Lionel Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılmışdı. Ferran Torres bu mövsüm Kataloniya klubunda La Liqada 4 matçda 3 qol vurub. O, 2022-ci ilin yanvarından “Barselona”da çıxış edir.

Aut.az