“Real”ın prezidenti Florentino Peres PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappenin mümkün transferi ilə bağlı yayılan məlumatlara cavab verib.
Aut.az xəbər verir ki, Peres “Real” azarkeşinin “Mbappe gələcəkmi?” sualına belə cavab verib:
“Mbappe kimdir?”
Xatırladaq ki, daha əvvəl 25 yaşlı Kilian Mbappenin “Real Madrid”lə müqavilənin son detallarını razılaşdırdığı bildirilirdi. Müqavilə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. 25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb. Bu mövsüm forvard bütün turnirlərdə 34 oyun keçirib, 34 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur.
Aut.az