Müllerə deyib ki, “Real”la oyunda hakimə rüşvət vermişdim
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının yarımfinalının “Real” – “Bavariya” cavab oyununun (2:1) hakiminə rüşvət verməsi ilə bağlı zarafat edib.
Aut.az xəbər verir ki, daha əvvəl Münhen klubunun almaniyalı yarımmüdafiəçisi Tomas Müller matçın baş hakimi Şimon Marçinyakın son dəqiqələrdə komandasının vurduğu qolu saymamsını tənqid etmişdi.
Naqlessman bu barədə Müllerlə söhbət edərkən zarafatla belə deyib:
“Tomas “Real”la oyunun hakimindən şikayət etdi. Ona dedim ki, rüşvəti mən vermişdim. Bunu ona görə etmişdim ki, sən millinin düşərgəsinə erkən gələsən. Əlbəttə ki, bu, sadəcə bir zarafat idi”.
Aut.az
