Boks

Roma Papası qalibin alacağı kəmərə xeyir-dua verdi – VİDEO

Papa Fransisk britaniyalı Tayson Fyuri və ukraynalı Aleksandr Usikin mayın 18-də birləşmə döyüşündə qalibə veriləcək WBC çempionluq kəmərinə xeyir-dua verib.

Aut.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Maurisio Süleyman məlumat verib. O, pontifiklə görüşdən kadrlar paylaşıb.

Tayson Fyuri və Aleksandr Usik arasında döyüş Səudiyyə Ərəbistanında baş tutacaq.