Daha bir əfsanə karyerası ilə bağlı qərar verdi
“Sevilya”nın əfsanəvi futbolçusu Xesus Navas mövsümün sonunda komandanı tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə Əndəlus klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 38 yaşlı ispaniyalının iyunun 30-da başa çatacaq müqaviləsini yeniləməməsi barədə razılığa gəliblər.
Xesus Navas “Sevilya”da keçirdiyi oyunların sayına görə rekordçudur (688), həmçinin komandası ilə ən çox titul qazanan oyunçudur (8 kubok).
Qeyd edək ki, Navas 2003-2013-cü illərdə “Sevilya”da çıxış edib. “Mançester Siti” 4 il çıxış etdikdən sonra 2017-ci ildə doğma klubuna qayıdıb.
Aut.az
