Tərs sual: 36 yaşlı Levandovski 26 yaşlı Mbappedən çox məvacib alacaq?
Kataloniyalı jurnalist Sike Rodriges “Real Madrid”ə mümkün keçiddən sonra hücumçu Kilian Mbappenin maaşı ilə bağlı şayiələrə cavab verib.
Aut.az xəbər verir ki, Rodriges “Barselona”nın yaşlı hücumçu Robert Levandovskinin Madridin gənc fransız hücumçuya ödəyə biləcəyindən daha çox necə qazndığını anlamadığını bildirib.
“36 yaşlı Robert Levandovski 26 yaşlı Kilian Mbappedən daha çox maaş alacaq. “Barsa” rəhbərliyi bunun necə baş verdiyini mütləq izah etməlidirlər”, – Rodriges bildirib.
Daha əvvəl Mbappenin Real Madriddə mövsümdə təxminən 15 milyon avro qazana biləcəyi bildirilirdi. Eyni zamanda, Levandovskinin Barselonadakı maaşı hazırda 27 milyon avrodur.
Aut.az
