“Arsenal”ın Reşford planı
“Arsenal” “Mançester Yunayted” in hücumçusu Markus Reşfordla bağlı vəziyyəti izləyir.
Reşford hazırda “Barselona” da icarə əsasında çıxış edir, lakin La Liqa liderlərinin mövsümün sonunda oyunçunu 30 milyon avroya alacağına dair şübhələr var.
Aut.az xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, London klubu hücumçunu yayda transfer etməkdə maraqlıdır.
Reşford bu mövsüm “Barselonanın heyətində bütün turnirlərdə 46 oyunda 13 qol vurub
“Barselona”nın Reşfordun transferini aktivləşdirmək üçün 15 iyuna qədər vaxtı var.
Aut.az
