“Barselona”dan Hasbikə dəvət: Səbəb nədir?
“Barselona” klubu rusiyalı bloger “Hasbik” ləqəbi ilə tanınan Hasbulla Maqomedovu “Kamp Nou” stadionunun yenilənmiş açılışına dəvət edib.
Aut.az xəbər verir ki, bu barədə Hasbik özü sosial şəbəkələrdə məlumat verib və kataloniyalılardan gələn məktubu paylaşıb.
“Barselona” təmir edilmiş ev stadionunda ilk matçını sentyabrın 28-də “Real Sosyedad”a qarşı keçirəcək.
Qeyd edək ki, Hasbik dünyada nadir fiziki göstəriciləri ilə məşhurdur: boyu 91 santimetr, çəkisi isə 19 kiloqramdır.
Aut.az
