Haaland “Siti”ni bu klublardan birinə dəyişməyə hazırdır
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland bu yay klubu tərk etməyə hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
PSJ 24 yaşlı norveçli futbolçunun transferində maraqlıdır. Bununla belə, forvard özü özünü İspaniya çempionatında – “Real”da və ya “Barselona”da sınamaq istəyir.
Futbolçunun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Haaland bu mövsüm “Siti”nin heyətində 10 oyuna çıxıb və 11 qol vurub.
Aut.az
