Yamal Levandovskiyə əvəzləyici tapdı
“Barselona” hücumçus Robert Levandovskinin əvəzləyicisini axtarır.
Aut.az xəbər verir ki, buna səbəb polşalı futbolçunun klubla müqaviləsi gələn yay başa çatmasıdır.
İspaniya mətbuatının məlumatına görə, Levandovskinin əsas əvəzləyici namizədi Madrid “Atletiko”sunun hücumçusu Yulian Alvaresdir. Onun transferini klubun liderləri Lamine Yamal və Pedri dəstəkləyir.
“Barselona”nın prezidenti Xuan Laporta Alvaresin oyun səviyyəsini yüksək qiymətləndirir və 2026-cı ilin yayında futbolçunu almaq üçün bütün imkanlarını səfərbər edəcək.
Aut.az
