Tennis

Alkaras əfsanəni ötdü

Beşqat “Böyük Dəbilqə” çempionu, ispaniyalı tennisçi Karlos Alkaras “Masters” seriyalı turnirlərdə qalibiyyət faizi baxımından (78,1%) üçüncü yerə yüksəlib.

Aut.az xəbər verir ki, o, bu göstəricidə isveçrəli Roje Federeri (77,9%) geridə qoyub. Bu, ABŞ-nin Sinsinnati şəhərində keçirilən turnirin 1/4 finalında rusiyalı tennisçi Andrey Rublyovu (6:3, 4:6, 7:5) məğlub etdikdən sonra baş verib.

Alkaras “Masters” turnirlərində 105 oyun keçirib və onlardan 82-də qalib gəlib. “Masters”lərdə ən yüksək qələbə faizinə malik tennisçi 22 dəfə “Böyük Dəbilqə” qalibi olmuş ispaniyalı Rafael Nadaldır (82%). İkinci yerdə isə 24 dəfə “Böyük Dəbilqə” çempionu olan serbiyalı Novak Cokoviç qərarlaşıb (81,5%).

Aut.az