Vinisius onun haqqında: Bunun üçün doğulub
“Real”ın vingeri Vinisius Junior “Osasuna” ilə oyunda (4:0) dubla imza atan Cud Bellinqem haqqında fikirlərini bölüşüb.
“O inanılmazdır. O, “Real”da oynamaq üçün doğulub. Ümid edirəm ki, onunla futbol sahəsindəki əlaqəmiz hələ uzun illər davam edəcək. Onunla oynamaqdan çox şadam”, – deyə “Marca” Vinisiusdan sitat gətirir.
Xatırladaq ki, “Real” La Liqanın 9-cu turunun matçında “Osasuna”ya qalib gəlib. İspaniya çempionatının 9 turundan sonra “kral klubu” 24 xal toplayıb və hazırda turnir cədvəlində birinci yerdədir. La Liqanın növbəti turunda Ançelottinin komandası səfərdə “Sevilya” ilə qarşılaşacaq.
Aut.az
