Vinisiusu paltardəyişmə otağından o qaytarıb: Görün Alonso ona nə deyib
Vinisius Juniorun “El klassiko”da meydanı tərk edərkən Xabi Alonso mübahisə etməsi geniş müzakirə olunur.
Dünən “Real Madrid” La Liqanın 10-cu turu çərçivəsində evdə “Barselona”nı məğlub edib (2:1).
Vinisius 72-ci dəqiqədə əvəzlənib. Əvəzetmədən sonra cinah oyunçusu baş məşqçinin əlini sıxmadan dərhal paltardəyişmə otağına getsə də, daha sonra ehtiyat oyunçular skamyasına qayıdıb.
Əvəzləndiyini görən Vinisius Alonsoya qışqırıb : “Mən? Mən? Cənab, mister!” Daha sonra braziliyalı özünə bir neçə dəfə işarə edib. Cavabında “Real Madrid”in baş məşqçisi cinah oyunçusuna “Gəl, Vini, lənətə gələsən!” deyib.
Həmin anlar DAZN kameralarına düşüb.
Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, “Real Madrid”in qapıçılar üzrə baş məşqçisi Luis Llopis paltardəyişmə otağında Vinisiusla danışaraq onu ehtiyat oyunçular skamyasına qayıtmağa inandırıb.
Aut.az
