İngiltərə

Onları müdafiə etmək üçün Zidanı nümunə gətirdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino azarkeşlərdən komandanın yeni futbolçularına qarşı daha səbirli olmalarını istəyib.

London klubu ilk dörd turda 4 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir.

“Çelsi”də həmişə böyük gözləntilər var. “Çelsi”yə oyunçu və ya məşqçi kimi gələndə insanlar qalib gəlməyi, kuboklar qazanmağı, yaxşı çıxış etməyi və qol vurmağı gözləyirlər.

İndi bizim həqiqətən gənc komandamız, klub üçün yaxşı sərmayə olan oyunçularımız var. Yadda saxlamalıyıq ki, onlar gəncdirlər və şəraitə uyğunlaşmalı və sakit qalmalıdırlar. Bir oyun, iki oyun, üç oyundan sonra qiymət verib, bu və ya digər futbolçunun pis olduğunu söyləmək ədalətsizlikdir.

Mən həmişə eyni misaldan istifadə edirəm: “Real” Zinəddin Zidan üçün 70 və ya 80 milyon ödədi . O, fantastik oyunçu idi, amma gələndən 6 ay sonra “Bernabeuda”kı azarkeşlər “Ay Allah, biz kimi almışıq?” deyirdilər.

Yeddi-səkkiz ay ərzində yaxşı çıxış etməyə başladı. Zinəddin Zidanın 26 və ya 27 yaşı var idi. 20 və ya 21 yaşlı oyunçuları alanda diqqətli olmaq lazımdır. Onlar maşın deyil. Onlar son bir neçə ay ərzində baş verən bütün şərtlərlə barışmalıdırlar. Biz onlara vaxt verməliyik”, – deyə “Team Talk” nəşri mütəxəssisdən sitat gətirib.

Aut.az