Onun Dortmunda qayıtmasına belə reaksiya verdi – FOTO
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “Mançester Yunayted”in vingeri Ceydon Sançonun 2020-ci ildən 2021-ci ilə kimi birlikdə oynadıqları “Borussiya Dortmund”a icarə əsasında keçməsi xəbərinə münasibət bildirib.
Aut.az xəbər verir ki, “Möhtəşəm” yazaraq ürəklər olan emoji əlavə edib.
Xatırladaq ki, Sanço bu mövsümün sonuna kimi “Borussiya”da çıxış edəcək.
23 yaşlı futbolçu 2017-2021-ci illərdə “Bamblebees”də çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 137 matçda iştirak edib, 50 qol vurub, 64 məhsuldar ötürmə edib. Futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.
Aut.az

