Ciddi zədələnib, stadionu qoltuqağacında tərk etdi – FOTO
Bazar günü, martın 30-da İngiltərə kubokunun 2024/2025-ci il mövsümünün 1/4 final matçı baş tutub və “Mançester Siti” səfərdə “Bornmut”u məğlub edib (2:1).
Aut.az xəbər verir ki, qarşılaşma zamanı qonaq komandanın ulduz hücumçusu Erlinq Haaland zədələnib.
Norveçli ikinci hissənin əvvəlində sol ayağından zədə alıb və 61-ci dəqiqədə əvəzlənib.
Zədənin xarakteri və Haalandın qayıtma müddəti hələ də məlum deyil, lakin matçdan sonra sosial mediada video yayılıb. Haaland “Bornmut”un stadionunu qoltuqağaclarında, zədəli ayağını xüsusi şinlə bağlayaraq tərk edib.
Aut.az

