Premyer Liqanın tarixində belə istefa olmamışdı
2026-cı ilin ilk günündə “Çelsi” baş məşqçisi Entso Mareska ilə yollarını ayırdığını elan etdi.
Aut.az xəbər verir ki, “Opta”ya görə, Mareska İngiltərə Premyer Liqası tarixində Yeni il günü işdən çıxarılan ilk məşqçi olub. Məlum olduğu kimi, İngiltərə Premyer Liqası 1992-ci ildə yaradılıb. 34 il ərzində heç bir məşqçi 1 yanvarda işdən çıxarılmamışdı.
Xatırladaq ki, ötən ilin sonlarında “Bornmut”la 2-2 hesablı heç-heçədən sonra “Çelsi” azarkeşləri komandanı fitə basmışdılar. “Təqaüdçülər” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində beşinci yerdədir.
Aut.az
