İngiltərə

Kədərli bir gün olacaq: Vardi nəyə işarə edir?

“Lester Siti”nin hücumçusu Ceymi Vardi İngiltərə klubundan ayrılacağı haqda verdiyi qərara münasibət bildirib.

Aut.az xəbər verir ki, futbolçu cari mövsümün sonunda “Lester”i tərk edəcək. Vardi 13 il “tülkülər”də çıxış edib.

“Həqiqətən kədərli bir gün olacaq. Bu barədə düşündüm, ailəmlə danışdım. Düşünürəm ki, vaxtı gəldi. Son oyun günü mən darmadağın olacam, amma bütün yaxşı şeylər sona çatmalıdır. Həmin gün çox emosiyalar olacaq. Kim bilir, bunun necə bitəcəyini. Bu qədər uzun müddətdir ki, bir yerdəyik, artıq vidalaşmaq vaxtıdır, necə reaksiya verəcəyini heç vaxt bilmirsən”, – Vardi “Lester”in rəsmi saytına bildirib.

Vardi 2012-ci ildən “Lester”də oynayır. “Tülkülər”lə birlikdə ingilis hücumçu Çempionşipdən İngiltərə Premyer Liqasına yüksəlib, 2015/2016 mövsümündə isə “Lester”in İngiltərə çempionluğunu qazanmasına kömək edib.

Aut.az