“Çelsi” ona görə MY-yə 2 futbolçu təklif etdi
“Mançester Yunayted” və “Çelsi” oyunçularını dəyişdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilir ki, London klubu “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın planlarına daxil olmayan cinah oyunçusu Ceydon Sanço ilə maraqlanır. “Çelsi” onun əvəzində qarşı tərəfə hücumçu Raheem Sterling və müdafiəçi Ben Çiluelli birlikdə təklif etməyə hazırdır.
“Yuventus” da Sançonun xidmətində maraqlıdır. Lakin Turin klubuna keçmək üçün Ceydon maaşında ciddi endirim etməli olacaq.
Aut.az
