İtaliya

“Yuventus” onu transfer etdi: Bir şərtlə

“Yuventus” “Fiorentina”dan vinger Niko Qonzalesi transfer etmək şərti ilə icarəyə götürüb.

Aut.az xəbər verir ki, Turin klubu mövsümün sonunda  26 yaşlı argentinalını “bənövşəyilər”dən 38 milyon avroya alacaq. Bu bənd müqavilədə məcburi şərt kimi qeyd edilib.

Qeyd edək ki, 2023/24 mövsümündə Qonzales klub səviyyəsində 44 oyun keçirib, 16 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu Argentina millisində 39 oyun keçirib və 5 qol vurub.

Aut.az