Haaland müqaviləni uzatdı, onlara məktub yazdı: Bağışlayın, mən qalıram – VİDEO
İngiltərənin “Mançester Siti” klubu hücumçu Erlinq Haaland müqaviləsini 2034-cü ilə qədər uzadıb.
Aut.az xəbər verir ki, bundan sonra norveçli forvardın rəqib müdafiəçilərə məktub yazdığı video yayımlanıb:
“Əziz müdafiəçilər, mən son illəri sizinlə birgə düşündüm. İstənilən münasibət kimi bizim də eniş-yoxuşlarımız olub. Bu təbiidir. Bəli, mübarizəmiz oldu. Amma sizin sayənizdə özümü daha yaxşı versiyaya çevirdim.
Hər halda, son vaxtlar mənimlə bağlı çoxlu söz-söhbətlər dolaşırdı. Bəzən məni yanınızda görmək istəməyə bilərsiniz.
Amma məncə bir-birimizə ehtiyacımız var. Başqa sözlə, siz məni tamamlayırsınız. Buna görə deyə biləcəyim tək şey budur: “Bağışlayın, mən qalıram”.
Qeyd edək ki, yeni müqaviləyə görə, Haaland klubda ən çox məvacib alan futbolçu olacaq.
Aut.az



