Azərbaycan futbolu

“Neftçi” 2 futzalçı ilə anlaşdı

“Neftçi” iki futzalçı ilə anlaşıb.

Aut.az xəbər verir ki, Paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb. Qasanov Rusiyanın “Norilski Nikel” komandasından gəlib.

Əvəzində üç oyunçu komandadan kənarlaşdırılıb. Nüsrət Fərzəli və Sadeq Caviditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.