PSJ Salaha görün nə qədər maaş təklif edir: Fantastik məbləğ
“Liverpul”un ulduz cinah oyunçusu Məhəmməd Salahın müqaviləsi 2025-ci ilin yayında başa çatır. Klub və futbolçu müqaviləni uzatmaq fikrindən uzaqdır.
Aut.az xəbər verir ki, PSJ misirli ulduzu heyətinə qatmağı planlaşdırır. Fransızlar Salaha həftəlik 500 min avro maaşla 3 illik müqavilə təklif edir.
“Liverpul” isə liderinə daha aşağı şərtlərlə sözləşmə təklif edir. Söhbət 2 illik müqavilə və həftədə 400 min avro maaşdan gedir.
Qeyd edək ki, Salah 2017-ci ildə “Liverpul”a keçib. Bu müddət ərzində o, Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.
Aut.az
