Reşfordun “Barselona”ya transferinin detalları açıqlandı: Bu qədər xərci var
“Barselona” “Mançester Yunayted”in hücumçusu Markos Reşfordun icarəsi üçün 10 milyon avro ödəyəcək.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Müqaviləyə futbolçunun 30 milyon avroya satınalma imkanı da daxil ediləcək. Əlavə olaraq, müəyyən şərtlər yerinə yetirilərsə, “Yunayted” daha 5 milyon avro bonus əldə edə bilər.
Mənbənin sözlərinə görə, “Barselona” 27 yaşlı ingilis vinger üçün 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə hazırlayıb. Onun illik maaşı 12 milyon avro təşkil edəcək.
Raşford “Mançester Yunayted”in yetirməsidir. O, ötən mövsümün ikinci yarısını “Aston Villa”da icarədə keçirmişdi. Futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 50 milyon avro olaraq göstərir.
Aut.az
