İngiltərə

MY 80 milyonluq futbolçunu hədəfə aldı

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Qimaraeş klubu dəyişdirərək “Mançester Yunayted”ə keçə bilər.

Aut.az xəbər verir ki, “Reuters”-in məlumatına görə, “qırmızı şeytanlar” “sağsağanlar”ın liderinin transferi ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər. Potensial əməliyyatın dəyəri təxminən 80 milyon avro qiymətləndirilir.

Braziliyalı futbolçu Mançester komandasında həmyerlisi Kazemironun yerini tutmalıdır. Kazemiro gələn yay azad agent statusunda komandadan ayrılacaq.

Qeyd etmək lazımdır ki, 34 yaşlı veteran özü də Qimaraeşin namizədliyini dəstəkləyib. Onu böyük təcrübəsi və liderlik bacarıqları sayəsində ideal varisi adlandırıb.

Bununla belə, “Yunayted”in qarşısına “Real” klubu çıxa bilər. İspaniya nəhəngi Bruno ilə yenidən maraqlanır və onu Eduardo Kamavingonun gedişi halında prioritet variant kimi nəzərdən keçirir.

Hazırkı Premyer Liqa mövsümündə Qimaraeş əla forma nümayiş etdirir. 23 oyunda yarımmüdafiəçi 9 qol vurub və 4 assist yazdırıb.

Aut.az