İngiltərə

WWE çempionu “Nyukasl” azarkeşlərini belə trolladı – VİDEO

 “World Wrestling Entertainment” ( WWE ) promosyonunda çıxış edən 35 yaşlı irlandiyalı güləşçi Cey Di Makdona  Nyukasldakı şou zamanı “Nyukasl Yunayted” azarkeşlərini trollayıb.

Aut.az xəbər verir ki, Cey şou zamanı köynəyini çıxarıb və “Liverpul” formasını azarkeşlərə göstərib. Formanın üzərində isə “Nyukasl”ın futbolçusu Aleksandr İsakın adı olub.

İsak “Liverpul”a keçmək istədiyi üçün uzun müddətdir ki, rəhbərliklə münaqişə yaşayır. Belə fonda Ceyin hərəkəti “Nyukasl” azarkeşlərini qəzəbləndirib.

Aut.az