İngiltərə

Haalandın menecerindən iddialı açıqlama: Karyerası ərzində bu qədər qazanacaq

“Mançester Siti”nin hücumçusu Erlinq Haalandın agenti Rafaela Pimenta müştərisi barədə maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, norveçli futbolçunun karyerası ərzində bir milyard avrodan çox qazanacağına inanır:

“O, sponsorların və klubların gözündə, eləcə də köynək satışı və mediada işıqlandırma baxımından böyük dəyəri təmsil edir. Birlikdə götürdükdə hər şey – bilet satışı, televiziya hüquqları, Haalandın karyerası ərzində qazanacağı bütün gəlirlər bir milyard avronu keçəcək, buna əminəm”.

Qeyd edək ki, ötən mövsüm Haaland “şəhərlilər”in heyətində bütün yarışlarda 45 oyun keçirib, 38 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt”ə görə, 23 yaşlı hücumçunun bazar dəyəri 180 milyon avrodur.

Aut.az