Meydana girdi, polis qarşısında salto vurdu – FOTO/VİDEO
MLB-də Cincinnati Reds və Cleveland Guardians arasında keçirilən beysbol oyununda qeyri-adi insident baş verib.
Aut.az xəbər verir ki, oyun zamanı gənc oğlan meydançaya qaçaraq futbolçulardan biri ilə danışıb və polisdən qaçıb. Azarkeş daha sonra polis məmurunun qarşısında salto edib və arxadan Taser atəşi ilə saxlanılıb.
19 yaşlı Uilyam Hendon polis bölməsinə aparılıb, qadağan olunmuş əraziyə daxil olmaqda və ictimai fəaliyyətə mane olmaqda ittiham olunub.
Aut.az

