İngiltərə

İngiltərə klubundan maraqlı jest: 15 yaşlı uşağa bunu rəva bilmədilər

İngiltərə kubokunun 1/32 final mərhələsinin “Blekbern Rovers” – “Kembric Yunayted” matçında (5:2) maraqlı hadisə yaşanıb.

Aut.az xəbər verir ki, ikinci hissədə 15 yaşlı irlandiyalı futbolçu Rori Finneran meydana çıxıb. Matç onun peşəkar futbolunda debütü ilə əlmaətdar olub.

Bundan əlavə o, meydana üzərində “Blekbern”in tutul sponsoru olan şirkətin loqosu olmadan çıxıb. Buna səbəb həmin firmanın elektron siqaretlər satışı ilə məşğul olan onlayn mağaza olmasıdır. Klub hesab edib ki, Finneran bu cür məhsulları tanıtmaq üçün çox gəncdir.