“Liverpul”dan unikal göstərici: 97 oyundur ki…
“Liverpul” daha bir maraqlı statistika ilə gündəmə gəlib.
Aut.az xəbər verir ki, Premyer Liqanın son turunda “Vulvehemptona” 2:1 hesabı ilə qalib gələn “qırmızılar”ın qeyri-adi seriyası olduğu üzə çıxıb. Belə ki, komanda hesabı açdığı ev oyunlarda məğlubiyyətsizlik seriyasını 97 matça çatdırıb. Mersisaydlılar bu görüşlərdən 88-də qalib gəlib, 9 dəfə isə heç-heçə edib.
Maraqlıdır ki, komanda son 40 belə oyunun hamısında qalib gəlib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının turnir cədvəlində “Liverpul” 54 xalla birinci yerdədir.
