Lebron iddia etdi: Oğlum çox asanlıqla…
“Los Angeles Lakers”in hücumçusu Lebron Ceyms Cənubi Kaliforniya Universitetində oynayan 19 yaşlı oğlu Bronninin Milli Basketbol Assosiasiyasında oynamağa hazır olduğunu söyləyib.
“Bronni hazırda “Los Angeles Lakers”da oynaya bilər. Asanlıqla. Həqiqət asanlıqla” “Legion Hoops” Ceymsin sözlərini sitat gətirib.
Xatırladaq ki, 2023-cü ilin iyulunda Bronni Ceymsin anadangəlmə qüsur səbəbindən ürəyi dayanmışdı. Həkimlər dərhal ona köməklik göstərərək xəstəxanaya çatdırıblar. Noyabrın sonunda həkimlər Bronniyə basketbola qayıtmağa icazə verdilər.
Bronni Lebron Ceymsin böyük oğludur. Lebron əvvəllər dəfələrlə bildirib ki, oğlu ilə rəsmi matçda parket üzərinə çıxmaq istəyir.
Aut.az
