Çempionlar Liqasıİngiltərə

Əfsanə əsəbiləşdi: “Barselona” buna son qoymalıdır, bezdiricidir

Əfsanəvi niderlandlı yarımmüdafiəçi Uesli Sneyder “Barselona”nın Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya qarşı oyunlardan sonra hakimliklə bağlı davranışını tənqid edib.

Aut.az xəbər verir ki, sabiq futbolçunun sözlərini “Ziggo Sport” yayıb.

“Bu, həmişə belə olur və bir az bezdirici hal almağa başlayır. Onlar sadəcə buna son qoymalıdırlar. Uduzmusan, deməli uduzmusan. Apellyasiya verə bilərsən, amma onsuz da heç nə dəyişməyəcək. Mən buna həmişə sızıldamaq deyirəm. Məğlub olanda şikayət etməyə dəyməz”, – deyə Sneyder bildirib.

Xatırladaq ki, “Barselona” “Atletiko” ilə ilk oyundan sonra UEFA-ya şikayət etmişdi. Klubun prezidenti Xuan Laporta cavab qarşılaşmasından sonra da əlavə şikayət göndərəcəklərini açıqlamışdı.

Nəticədə “Barselona” iki oyunun cəminə görə 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Aut.az