İngiltərə

Qvardiola bu komandadan ehtiyat edir: Nə “Arsenal”dır, nə də “Liverpul”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında qorxduğu komandanın adını açıqlayıb.

Aut.az xəbər verir ki, Qvardiola bu barədə “Men in Blazers” podkastında deyib.

“Nyukasl” qayıdacaq. Onların bu mövsüm Avropa yarışları yoxdur. Onlar heyrətamiz enerjiyə və fiziki üstünlüyə sahib olacaqlar, çünki həftədə yalnız bir oyun oynayacaqlar. Biz onlara qarşı matçlarda ehtiyatlı olacağıq”, – Qvardiola deyib.

Xatırladaq ki, Pep Qvardiola 2016-cı ilin yayında “Bavariya”dan ayrıldıqdan sonra “Mançester Siti”nin baş məşqçisi olub. Səkkiz il ərzində Qvardiola komanda ilə 16 kubok qazanıb.

Aut.az