Fərhad amerikalılarla danışıq aparır
Amerikanın “777 Partners” şirkəti Premyer Liqada çıxış edən “Everton” klubunun sahibi Fərhad Moşiri ilə danışıqlar aparır.
Aut.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Son vaxtlar Liverpul təmsilçisi çətin günlər yaşayır. Ötən mövsüm “Everton” Premyer Liqada yerini son anda qorudu.
“777 Partners” “Cenoa”, “Sevilya”, “Herta” və digər klubların sahibidir, lakin bu klubların bir çoxu idarəetmə böhranları yaşayır.
Əgər müqavilə baş tutsa, Premyer Liqa klublarının yarısının sahibləri amerikalılar olacaq.
Aut.az
