Yayda Premyer Liqanın ən yaxşı transferi bəlli oldu
Canluici Donnarummanın transferi Premyer Liqanın yay transfer pəncərəsinin ən yaxşısı seçilib.
Aut.az xəbər verir ki, “The Athletic” yay transfer pəncərəsinin ən yaxşı transferlərini müəyyənləşdirmək üçün 20 futbol agenti arasında sorğu keçirib. Bəziləri birdən çox oyunçuya səs verib.
Qapıçı Canluici Donnarummanın PSJ-dən “Mançester Siti”yə transferi 6 səslə birinci yeri tutub .
İkinci yerdə üç səslə Cek Qrilişin “Mançester Siti”dən “Everton”a icarəyə verilməsidir.
Üçüncü yerdə iki səslə “Sportinq”dən “Arsenal”a keçən Viktor Qyokereşin transferi olub.
Digər transferlər bir səsə alıb.
Aut.az
