Zidanın məşqçilik karyerasında ən yaxşı oyun: 6 dəfə baxmışam
Zinəddin Zidan məşqçilik karyerasında ən yaxşı matçını açıqlayıb.
Aut.az xəbər verir ki, Zidan bu barədə ispan mətbuatına danışıb:
“Karyeramın ən yaxşı oyunu? Çempionlar Liqasında “Yuventus”la oyunumuz.
İkinci hissədə necə oynadıq… Bu, həqiqətən də nəfəskəsici idi. Altı dəfə baxmışam. Və həmişə deyirəm: “Futbol budur, mükəmməllikdir”.
2017-ci ildə Çempionlar Liqasının finalında “Real Madrid” “Yuventus”u 4:1 hesabı ilə məğlub edib. Ronaldo dubl edib, Kazemiro və Asensio hərəyə bir dəfə fərqlənib.
Aut.az
