Dünya futbolu

“İnter”dən elə maaş tələb etdi ki…

Ötən mövsümün sonunda “Mançester Yunayted”dən ayrılan və hazırda azad agent statusunda olan David De Xea “İnter”dən təklif alıb.

Aut.az xəbər verir ki, De Xea italyanların təklifini qəbul etməyib. O, yeni klubundan ildə 10 milyon avro qazanmaq istəyir. “İnter” isə vergilərdən sonra ispaniyalıya yalnız 5 milyon avro ödəməyə hazır idi.

Məlumatlara görə, De Xea İspaniya La Liqasına qayıtmaq istəyir, lakin bu cür maaş tələbləri ilə bunu etmək, demək olar ki, mümkün olmayacaq.

Bu səbəbdən, David üçün bazarda bəlkə də yeganə real seçim Səudiyyə Ərəbistanı –  Pro-Liqasıdır. Onun istəyini təmin edəcək klubu orada tapmaq olar.