Dünya futbolu

Di Mariya əfsanəni geridə qoydu

Martın 23-də Argentina millisi yoldaşlıq görüşündə El Salvador millisini məğlub edib – 3:0.

Aut.az xəbər verir ki, qarşılaşmada cinah oyunçusu Anxel Di Mariya bir məhsuldar ötürmə edib və Argentina millisinin tarixində qol ötürmələrinin sayına görə ikinci yerə yüksəlib – 27.

O, bu göstəricidə əfsanəvi Dieqo Maradonanı (26 məhsuldar ötürmə) keçib.

Bu göstəriciyə görə Lionel Messi liderdir. 36 yaşlı argentinalı 54 məhsuldar ötürmə edib.

Di Mariya 2008-ci ilin sentyabrında Argentina millisində debüt edib. Futbolçu millidəki peşəkar karyerası ərzində 136 oyun keçirib və 29 qol vurub.

O, milli komanda ilə birlikdə Amerika kubokunun (2020/2021) və Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qalibi olub.

Bu mövsüm 36 yaşlı futbolçu “Benfika”nın heyətində 39 oyun keçirib, 15 qol vurub və 11 məhsuldar ötürmə edib.

Aut.az