Yeni tarix bəlli oldu: Poqbanın qayıdış planı belədir
“Monako”nun baş məşqçisi Sebastien Pokonoli Liqa 1-in 12-ci turunun “Lens”ə qarşı oyunu öncəsi zədədən əziyyət çəkən 32 yaşlı yarımmüdafiəçisi Pol Poqbanın durumu barədə danışıb.
Aut.az xəbər verir ki, “Footmercato” Pokonolinin sözlərini sitat gətirib:
“Poqba bu matçda oynaya bilməyəcək. Onun beynəlxalq fasilədən sonra qayıdacağı gözlənilir. Plan belədir. Biz qrafikə uyğun işləyirik. Məşqlərin necə getdiyini görəcəyik, amma bəli, hədəfimiz budur”.
Poqba hələ ki, “Monako”nun heyətində bir oyun keçirməyib.
Aut.az
