Dünya futbolu

Futbolu baxımlı etmək üçün Platinidən unikal təklif: 10-a 10 oynamalıyıq

Əfsanəvi fransız futbolçu və UEFA-nın sabiq prezidenti Mişel Platini futbolun populyarlaşdırılması təklifi ilə çıxış edib.

Aut.az xəbər verir ki, Platini oyunda baxımlılığı təmin etmək üçün komandada futbolçuların sayını azaltmağı təklif edib.

“Bəlkə komandalardan bir oyunçunu çıxarmalı, 10-a 10 oynamalıyıq. 1900-cü ildən bəri futbol komandasında 11 oyunçu var, lakin o vaxtlar oyunçular daha az qaçırdılar, o qədər də güclü və sürətli deyildilər.

Ola bilsin ki, oyunçuların sayını azaltmaqla yer boşalsın. Hər halda mənim nəslimin adamları futbola o qədər də baxmır. Bugünkü oyunda özlərini görmürlər. İndi daha çox ötürmələr, daha çox mövqe ötürmələri var. Mənim nəslimdən olan insanlar hücum futboluna öyrəşiblər. İndiki futbol artıq o qədər də cəlbedici deyil”, – RMC Platinidən sitat gətirib.

Aut.az