Dünya futbolu

“Neftçi”nin sabiq baş məşqçisindən şok proqnoz: Rusiya futbolu məhv olacaq  

“Neftçi”nin sabiq baş məşqçisi, çexiyalı mütəxəssis Vlastimil Petrjela Rusiya futbolu ilə bağlı dəhşətli proqnoz verib.

Aut.az xəbər verir ki, Petrjela etiraf edib ki, dünyada baş verən hadisələrə görə Rusiya futbolu öz mövcudluğunu dayandıracaq:

“Əvvəllər Rusiya çempionatı Çexiya çempionatından güclü idi. İndi vəziyyət dəyişib, bu iki liqa səviyyə baxımından eynidir. Düşünürəm ki, dünyada Rusiya çempionatı heç kimi maraqlandırmır.

Legionerlərin getməsi Rusiya futbolunun səviyyəsini müəyyən edən əsas amil deyil. Ən əsası dünyada baş verən hadisələrdir, sabah nə olacağını heç kim bilmir.

Ola bilsin ki, gələcəkdə Rusiya futbolu mövcud olmağı dayandıracaq – bu, dünyada baş verən hadisələrdən asılı olacaq. Belə variant çox realdır. Televiziyada gedən məlumatlara baxaraq belə qənaətə gəlirəm”.

Aut.az