Futbolda baş verən dəyişiklik – Mourinyo cavablandırdı
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Corriere dello Sport”un jurnalistinin futboldakı dəyişikliklərlə bağlı sualını cavablandırıb.
-Futbolun təkamülü haqqında çox danışırlar. Sizcə, o, nədə həqiqətən inkişaf edib və nədə hələ də eyni yerdə qalıb?
– Futbolda nə əvvəlki kimi qalıb? Bir qol daha artıq vuran və ya bir qol daha az buraxan qalib gəlir.
Deyirsən, futbol inkişaf edib? Son vaxtlara qədər klubun strukturunda əsas fiqur olan məşqçi getdikcə əhəmiyyətini itirir və getdikcə daha çox strukturlardan və əksər hallarda hazır olmayan insanlardan asılıdır. Amma oyun, məşq etmək, təhlil etmək – bütün səviyyələrdə çoxlu dəyişikliklər olub”, – “Fənərbaxça”nın baş məşqçisi bildirib.
Aut.az
