PSJ Messi üçün mərasim keçirməyəcək
Aut.az xəbər verir ki, Paris təmsilçisi Messinin keçən həftə komandanın sıralarına dönən futbolçu üçün məşq mərkəzində təşkil etdiyi isti qarşılama mərasimini məqbul hesab edir. Həmin vaxt onun üçün fəxri dəhliz açılıb və klubun futbol müşaviri Luis Kampos tərəfindən Leoya hədiyyə tədim edilib. Bu səbəbdən PSJ rəhbərliyi düşünür ki, yeni ildəki ilk ev oyununda bu mərasimi təkrarlamağa ehtiyac yoxdur.
Qətər mundialının finalından artıq üç həftədən çox vaxt keçdiyini nəzərə alan rəhbərliyin bu qərarı futbolçu tərəfindən də müsbət qarşılanıb. Buna görə də Fransa Liqa 1 çərçivəsində bu gün keçiriləcək ev oyununda argentinalı hücumçu üçün hansısa tədbir keçirilməyəcək.
Qeyd edək ki, PSJ bu gün evdə “Anje” ilə qarşılaşacaq. Qarşılaşma saat 00:00-da başlayacaq..
