De Bruyne açıqladı: DÇ-2026-dan sonra milli karyerasını başa vuracaq?
“Napoli” klubunun yarımmüdafiəçisi və Belçika millisinin liderlərindən biri Kevin De Bruyne 2026-cı il dünya çempionatından sonra yığmadakı karyerasını başa vurmağı planlaşdırmır.
Aut.az xəbər verir ki, təcrübəli futbolçu fiziki vəziyyəti imkan verdiyi müddətdə milli komandada çıxışını davam etdirmək niyyətindədir.
De Bruyne bildirib ki, hazırda formaya tədricən qayıdır və məşq prosesindən sonra özünü yaxşı hiss edir: “Yaxşı ritmə düşürəm, düşündüyümdən daha çox oyun keçirmişəm. Artıq dörd həftədir komanda ilə məşq edirəm və özümü yaxşı hiss edirəm”.
Belçikalı yarımmüdafiəçi həmçinin oyun yüklənməsinin düzgün bölüşdürülməsinin vacibliyini vurğulayıb: “Bu turda iki tam 90 dəqiqəlik oyun keçirəcəyimi düşünmürəm, amma buna ehtiyac da yoxdur. Dünya çempionatından sonra millini tərk etməyi planlaşdırmıram – özümü yaxşı hiss etdiyim müddətdə davam edəcəyəm”.
Aut.az
