İspaniya

“Barselona”nın əsas transfer hədəfi müəyyənləşdi

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “Barselona” ya keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

“Barsa” rəhbərliyinin 2025-ci ilin yayında “şəhərlilər”in forvardı uğrunda mübarizə aparacağı məlum olub. Kataloniya klubunun funksionerləri Haalandı prioritet transfer hədəfi hesab edirlər.

“Barselona” tərəfi anlayır ki, hücumçunun transferi üçün son dərəcə yüksək məbləğ ödəməli olacaqlar. Haalandın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, norveçli hücumçu bu mövsüm “Vətəndaşlar”ın heyətində bütün yarışlarda 8 oyun keçirib və 11 qol vurub.

Aut.az