İspaniya

Modriçə təklif göndərəcəklər

“Real”ın futbolçusu Luka Modriç qışda klubu tərk edə bilər.

Aut.az xəbər verir ki, “İnter Mayami” xorvatiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

ABŞ təmsilçisi qışda Modriç üçün təklif göndərəcək.

“İnter Mayami”də “Barselona”nın sabiq futbolçuları Lionel Messi, Serxio Buskets və Jordi Alba çıxış edir.