İspaniya

Faciəvi şəkildə ölən məşhur futbolçunun oğlu “Real”da

“Arsenal”ın keçmiş ulduzunun 17 yaşlı oğlu “Real”ın əsas komandasına yüksəlib.

Aut.az xəbər verir ki, sözügedən şəxs “Arsenal”ın keçmiş cinah oyunçusu Xose Antonio Reyesin oğlu Xose Antonio Reyes Lopesdir.

Onun atası 2004-cü ildə 17 milyona “Arsenal”a keçməzdən əvvəl 3 il “Sevilya”da oynayıb. O, “Real”, “Atletiko”,  “Benfika” kimi klublarda da forma geyinib.

İspaniya millisinin sabiq futbolçus 2019-cu ildə yolda hərəkət edərkən “Mercedes”in arxa sol təkərinin partlaması nəticəsində faciəvi şəkildə həlak olub.

“İndi onun 17 yaşlı oğlu “Real”ın gənclər komandasında özünü yaxşı tərəfdən göstərdiyi üçün Karlo Ançelottidən əsas komanda ilə məşq etmək üçün dəvət alıb”, – “Marca” yazıb.

Aut.az