İspaniya

Alonso “Real”ı çalışdırdığına görə peşman olub?

İspaniyalı mütəxəssis Xabi Alonso yaxın çevrəsinə “Real”ın təklifini qəbul etməklə səhvə yol verdiyini etiraf edib 

Aut.az xəbər verir ki, bu barədə “Cadena Ser” məlumat yayıb.

Mənbənin iddiasına görə, Alonso bu mərhələni artıq bağlanmış səhifə hesab edir. Bununla belə, o, “Real”a uyğun olmayan vaxtda rəhbərlik etdiyinə görə peşmanlığını gizlətmir.

Bildirilir ki, onun istefasından sonra komandanın bir çox futbolçusu ispaniyalı məşqçi ilə şəxsi münasibətlərini kəsib.

Alonsonun əleyhinə çıxış edən oyunçulardan birinin yarımmüdafiəçi Federiko Valverde olduğu qeyd olunur.

Xatırladaq ki, Xabi Alonso yanvarın 12-də “Real”ın baş məşqçi postunu tərk edib.